BİOQRAFİYA
1938-ci ildə Hayfa şəhərində dünyaya gələn Safdie,Suriyadan gəlmiş ailənin böyük oğludur. Tekstil ticarəti ilə məşğul olan atası Leon və anası Rahel ailə həyatlarını İsraildə qurmuşdurlar.15 yaşında ailəsi ilə bir yerdə Kanadanın Monreal şəhərinə köçdülər.1961-ci ildə memar ixtisası üzrə məzun olduğu McGill üniversitetindən sonra ,məşhur memar Louis Kahn yanında təcrübə qazandı.1964-cü ildə öz ofisini qurdu və 1967-ci ildə inşa olunan Dünya Sərgisində gerçəkləşdirilən layihəsi üçün hazırlıqlara başladı.1970-ci ildə Yerusalimdə bir şöbə açdı.Qədim və yeni şəhərin bağlanması,şəhər və şəhər mərkəzinin yenidən inşası,Modi şəhərinin qurulması,yeni Yad Vaşem Holokost muzeyi daxil olmaqla Rabin Memorial Center bu dövrlərdə Safdie tərəfindən hazrılanan layihələrin arasındadır.
O həmçinin Senega,İran və Sinqapurdaki binaları reallaşdırmış və eyni zamanda Şimali Kanadada bir çox layihələrə imza atmışdır.1978-ci ildə Yale,McGill və Ben Gurion universitetlərində dərslər verdikdən sonra memarlıq ofisin baş şöbəsini Bostona köçürdü. Harward Universitetində Şəhər Tərtibat Proqramı rəhbəri olaraq işlədi.(1978-1984). Ian Woodnerin Memarlıq və Şəhər Tərtibatı professoru olaraq 1984-1989 illəri arasında Kanadada altı ana ictimai qurumunun rəhbərliyini etdi.
Moshe Safdieyə görə memarlığın əsas prinsipləri bunlardır:
- Memarlığın əsas hədəflərindən biri mənalı,canlardırıcı,daxiledici social məkanlar yaratmaqdır.Memar olaraq biz sadəcə bir layihənin proqramını hazırlamaqla deyil,həmdə memarlığı daha zəngin etməliyik.
- Memarlığın insanların yaşayış tərzini binalardan ictimai məkanlara təsir edə biləcəyinə inanmalıyıq.
- Memarlıq imkansızı inşa etmək deyildir.Bir yaşayış və bir proqram üçün mənalı xüsusi bir həll yolu tapmaqdır.Materialların xüsusiyyətlərinə və texniki cəhətdən uyğun dizaynlar etməkdir.
- 20-ci əsrdə şəhərlərin əhalisin sayının artması avtomobilin populyarlaşması,əhalinin yaşaması üçün hündür binaların inşası yeni bir texnologiya sayəsində mümkün oldu.Bu günün memarlığı,əzamətli bütünlüklərə insani ölçü qazandırmağa borcludur.
HABİTAT 67-MƏNZİL VƏ EV ANLAYIŞINI BİLƏŞDİRƏN BİNA
Rahat və komfortlu bir mənzildə yaşamq istəyərdinizmi,yoxsa bağçalı bir evdə? Safdie mənzil və ev anlayışını bu bina ilə birləşdirdi.1961-ci ildə McGill Universitetində tələbə olduğu vaxtlarda bir layihə hazırladı.Modulya kublardan ibarət bu layihə,Montreal 67 Expo sərgisində sərgiyə çıxır.Bu layihə gələcəyin ucuz,əhalinin sıx yaşadığı yaşayış sahələrində insanların nəfəs ala biləcəkləri bir bina olaraq hazırlanmışdır.Binada fərdi bağlar və mənzərəyə açılan pəncərələr,konfort və əhalisi sürətlə artmaqda olan şəhərlərə və əsasəndə maliyyə cəhətdən ucuz başa gələn bir binanı inşa etmək bu layihəylə mümkün olur.
Kanada Monrealda inşa olunan «Habitat 67″ yaşayış binası
Sinqapurdaki Marina Bay Sands (MBS) layihəsi
Moshe Safdie tərəfindən Sinqapurda inşa edilən Marina Bay Sands (MBS) layihəsi 963 otaqlı otel,ticarət mərkəzi,kongres mərkəzi, kazino, restoran və barlardan ibarətdir.2560 qonaq qarşılamaq potensiyalına sahib otel 23 İyun 2010-cu ildə açıldı.Layihə üç ayrı qala binasından ibarət olan və damlarının bir-biri ilə bağlayan otel,kazino və rezidensiyalardan ibarəq şaqulu binalar ilə qarşısında konqres mərkəzinin olacağı üfuqi bir binadır.Binanın layihəsi Safdie daxil olmaqla 30 memar tərəfindən hazırlandı.